“Gett” taksi xidməti Nyu-York-da biznesini dayandırır

“Gett” taksi xidməti Nyu-York-da biznesini dayandırır
22:17 21 Noyabr 2019
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Gett" taksi xidməti Nyu-York-dakı  "Juno" xidmətinin fəaliyyətini dayandırması barədə elan verib. Bunun əvəzində şirkət ABŞ-da  korporativ daşınmalar həyata keçirəcək. Bu barədə "Gett"-in rəhbəri şirkətin bildirişinə istinadən öz Facebook səhifəsində yazıb.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, şirkət "Lyft" taksi sifarişi xidməti ilə strateji əməkdaşlıq imzalayıb: 2020-ci ildən xidmətin korporativ müştəriləri "Gett" tətbiqi vasitəsilə "Lyft" xidmətlərindən yararlana biləcəklər. Şirkət bütün Juno sürücülərini "Lyft" komandasına qoşulmağa çağırır.

Əməkdaşlıq "Gett" şirkətinə ABŞ -da gəlirli korporativ daşınmalar fəaliyyətini genişləndirmək imkanı yaradacaq - illik bazar həcmi 1 trln. dollar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/803469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR