Rusiyada hökuməti devirmək istəyən dəstə tutuldu

Rusiya Federal Təhlükəsizlik Xidməti “Hizb ut-Təhrir əl-İslami” təşkilatının iki lideri daxil olmaqla 9 üzvünü ələ keçirib.

Metbuat.az xəbər verir ki, xüsusi əməliyyat Moskva, Tatarıstan və Tümen bölgəsində həyata keçirilib.

Kəşfiyyat orqanlarının məlumatına görə, tutulanlar bölgələrdə qapalı terror quruluşları yaradıb, pul əldə etməklə məşğul olublar və öz ideologiyalarını yayaraq, yerli müsəlmanları terror təşkilatına cəlb ediblər.

"Qruplaşma üzvlərinin qlobal xilafət yaradılması doktrinası əsasında dünyəvi cəmiyyət institutlarını dağıtmaq və mövcud hökuməti zorla devirmək məqsədi ilə anti-konstitusion fəaliyyət həyata keçirdikləri təsbit edilib”, - deyə açıqlamada bildirilib.

Saxlanılan şəxslərdən təbliğat materialları, rabitə və informasiya vasitələri ələ keçirilib. Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, “Hizb ut-Təhrir əl-İslami” (İslam Qurtuluş Partiyası) 1953-cü ildə Fələstində qurulan siyasi islam partiyasıdır. Suriya, Misir, İordaniya, Tunis, Küveyt, Fələstin, Türkiyə və Qərbi Avropada fəaldır. Ərəb, Şərqi Avropa, Asiya və Orta Şərq dövlətlərinin əksəriyyətində həmin partiyanın fəaliyyəti qadağan edilib. (azvision.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR