ABŞ və İtaliya astronavtları ikinci dəfə açıq kosmosa çıxıblar

ABŞ və İtaliya astronavtları ikinci dəfə açıq kosmosa çıxıblar
00:47 23 Noyabr 2019
116 Maraqlı
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Kosmik Stansiyada (BKS) fəaliyyət göstərən ABŞ və İtaliya astronavtları Endryu Morqan və Luka Parmitano stansiyanın korpusunda olan və sıradan çıxmış mühüm elmi cihazın təmiri məqsədilə ikinci dəfə açıq kosmosa çıxıblar. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu proses ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) saytında canlı yayımlanıb.

Morqan və Parmitano təmirdən əvvəl "Quest" şlüzünün lyukunu bağlayıblar. Açıq kosmosda 6 saat davam edən təmir işləri zamanı onlar meteorit əleyhinə cihazı müdafiə edən təbəqəni götürüblər. Sonra istiliyi qoruyan qapaq da çıxarılaraq spektrometrin soyuducu sisteminin səkkiz borusuna mane olan şaquli dayaq götürülüb.

Noyabrın 16-da açıq kosmosda aparılan təmir işləri zamanı maqnitli alfa-spektrometrin soyudulması sisteminin nasosları dəyişdirilib, lakin soyuducunun özünün başqası ilə əvəz olunması üçün daha üç dəfə açıq kosmosa çıxmaq lazım gələcək.

Ağırlığı 7,5 ton olan və 14 il müddətində 1,5 milyard dollar xərcləməklə hazırlanan spektrometr BKS-ə "Endavour" kosmik gəmisi vasitəsilə 2011-ci ildə çatdırılıb. Onun hazırlanmasında 16 ölkənin 56 elmi-tədqiqat institutu iştirak edib. Alimlər bu cihaz vasitəsilə antimateriyanın izlərini tapmağa, ibtidai kosmik şüaların tərkibini və energetika spektrini öyrənməyə və beləliklə, Kainatın necə yarandığını anlamağa çalışırlar. Cihazın 10-18 il işləyəcəyi güman edilirdi, amma 3 ildən sonra onun nasaz olduğu müəyyən edilib. Təmir üçün lazım olan 25 aləti isə BKS-ə uçan üç yük gəmisi daşıyıb. Onların vasitəsilə polad lövhə və nazik boruları kəsmək mümkün olub.

Qeyd olunub ki, bu, artıq astronavtların BKS-dən açıq kosmosa 223-cü çıxışıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/804501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR