İŞİD-ə üzv olan azərbaycanlıların yeni siyahısı TAPILDI

İŞİD-ə üzv olan azərbaycanlıların yeni siyahısı TAPILDI
18:17 23 Noyabr 2019
193 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Mersin şəhərində  Milli İstihbarat Təşkilatı və polisin birlikdə həyata keçirdiyi əməliyyat zamanı Suriya vətəndaşı olan terrorçu yaxalanıb.

Milli.Az Modern.az-a istinadən xəbər verir ki, onun evində aparılan araşdırmalar zamanı ələ keçirilən bilgisayarın yaddaşına baxış keçirilib.

Bu zaman ölkələr üzrə ayrı-ayrı qovluqlara yığılmış siyahılar aşkarlanıb. Məlumata görə, bu siyahılar İŞİD terror təşkilatına üzv olanlara aiddir. Siyahılarda 81 ölkədən 3 min 846 nəfərin İŞİD-ə qoşulduğu qeyd olunub. 

Bu siyahıya görə, təşkilata ən çox üzv olan şəxslər aşağıdakı ölkələrin vətəndaşılarıdır:

- 700 nəfər Səudiyyə Ərəbistanı
- 650 nəfər Tunis
- 400 nəfər Mərakeş
- 300 nəfər Almaniya və İspaniya.

Rusiya, ABŞ, Azərbaycan və Finlandiyadan da terror təşkilatına üzv olanların siyahısı tapılıb. Hazırda o siyahılar araşdırılır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/804670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR