Yaponiyanın Yamagata Universitetinin alimləri Perudakı Nazca çölünü araşdırarkənnaməlum nəhəng rəsmlərə rast gəliblər.
Milli.Az xəbər verir ki, bu araşdırmanın hesabatı Yaponiya Universitetinin rəsmi saytında dərc edilib.
Ümumilikdə yaylada tapılan müxtəlif canavarların və digər sirli canlıların nəhəng şəkilləri daxil olmaqla 143 heroqlif tapılıb.
Rəsmlərin bəziləri sahə işləri zamanı aşkar edilib. Mütəxəssislər hesab edirlər ki, aşkar edilmiş heroqliflər eramızdan əvvəl 100-cü ilə aiddir.
İndi alimlər yuxarıdan alınan görüntülərə əsasən Peru bölgəsinin xəritəsi yaradırlar. Eyni zamanda, elm adamları bütün Nazca rəsmlərinin mənşəyinin sirrinə cavab tapacaqlarına ümid edirlər.
Bundan bir müddət əvvəl eyni universitetin tədqiqatçıları bəzi geogliflərdə quşların təsvir edildiyini bildiriblər. Həm də onlar qədim perualıların bu yerlərdə yaşamayan müxtəlif ekzotik canlılara rəğbət bəslədiklərini də qeyd ediblər. (ölkə.az)
Milli.Az