Azərbaycanla bağlı suala Nikolun sərsəm cavabı -

Ermənistan Baş naziri Nikol Paşinyan İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsindən bir hissəni öz Feysbuk səhifəsində paylaşıb.

Metbuat.az xəbər verir ki, jurnalistin “Azərbaycan İtaliya üçün əsas enerji tədarükçülərindən biridir. Bu sizin bizim ölkə ilə münasibətlərinizə problem yaradırmı” sualına Paşinyan sərsəm cavab verib.

Jurnalistin sualının əsas məğzindən yayınan Paşinyan cavabıyla özünü ağıllı göstərməyə çalışıb:

“Bizim İtaliya ilə yaxşı münasibətlərimiz var və ümid edirik ki, o daha da yaxşılaşacaq. Mən deyərdim ki, Azərbaycan enerji tədarükçüsü yox, neft və qaz tədarükçüsüdür. Bu gün enerji sözünün mənası çox sürətli formada dəyişir. Tezliklə, İtaliya və Avropanın bütün ölkələri üçün əsas enerji tədarükçüsü Günəş olacaq. Biz bu faktları və gələcəyi nəzərə almalıyıq”.(axar.az)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR