Boliviyanın keçid hökuməti 2008-ci ildən bəri ilk dəfə ölkənin ABŞ-dakı səfirini təyin edib.
Metbuat.az xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi "Twitter" səhifəsində məlumat yayıb.
"Xarici işlər naziri Karen Lonqarik Uolter Oskar Serrateni ABŞ-dakı yeni fövqəladə və səlahiyyətli səfiri təyin edib", - deyə məlumatda qeyd olunur.
Bu müddətə qədər Serrate Boliviyanın BMT yanında daimi nümayəndəsi olub.
Qeyd edək ki, 2008-ci ildə keçmiş Boliviya prezidenti Evo Morales ABŞ-ın La-Pasdakı səfirini "arzuolunmaş şəxs" elan edərək, onu müxalifəti maliyyələşdirməkdə və iğtişaşları dəstəkləməkdə günahlandırıb. Bundan qısa müddət sonra ABŞ-ın keçmiş prezidenti Corc Buş administrasiyası Boliviya səfirini Vaşinqtondan göndərib və Boliviyanı narkotik ticarəti ilə mübarizə üzrə beynəlxalq öhdəliklərinə məhəl qoymayan ölkələr sırasına daxil edib. (apa)