Pakistan Azərbaycanı energetika sahəsinə investisiya qoymağa dəvət edir

Pakistan Azərbaycanı energetika sahəsinə investisiya qoymağa dəvət edir
11:07 27 Noyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

"Pakistan və Azərbaycan qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıdır".
"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ilə Xayber Paxtunxva vilayətinin assambleya sədri Müştaq Əhməd Qəni arasındakı görüş zamanı bildirilib.
Belə ki, assambleya sədri Azərbaycanı Pakistanın energetika və kənd təsərrüfatı sahələrinə investisiya qoymağa dəvət edib. O deyib ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatları var və Pakistan hökuməti bu sahədə ölkənin təcrübəsini öyrənməkdə maraqlıdır.
Səfir Ə.Əlizadə Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi dəstəyə görə Pakistan hökumətinə minnətdarlığını bildirib. 
M.Ə.Qəni Kəşmir məsələsində Azərbaycanın mövqeyini və dəstəyini yüksək qiymətləndirib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/pakistan-azerbaycani-energetika-sahesine-investisiya-qoymaga-devet-ed

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR