Ermənilər Hitlerdən Qarabağ və Naxçıvanı istəmişdilər -

Daşnakların Hitler Almaniyası ilə sıx əməkdaşlıq etməsi tarixi materiallardan, sənədlərdən hər kəsə məlumdur. Və heç kəs bu tarixi həqiqəti inkar edə bilməz.

Adolf Hitlerin Azərbaycanı işğal etmək planı ilə yanaşı, Türkiyəyə qarşı da gizli düşmənçiliyi var idi. Elə bu səbəbdən də, III Reyxin mövcud olduğu illər ərzində nasistlər öz məqsədlərinə çatmaq üçün ermənilərlə yaxından əməkdaşlıq ediblər.

Eduard Abramyan müəllifi olduğu "Kavkaztsı v Abwehre" adlı kitabında ermənilərin nasist Almaniyası ilə əməkdaşlığına kifayət qədər geniş şəkildə aydınlıq gətirir.

Belə ki, nasist Almaniyasının siyasi koordinatoru, Adolf Hitlerə yaxınlığı ilə seçilən, məşhur siyasətçisi Alfred Rozenberq öz gündəliyində yazır:

"Alman siyasi elitasının əsas hədəflərindən biri ümumən Qafqazda, o cümlədən Cənubi Qafqazda siyasi və hərbi müstəvidə hakimiyyətə yiyələnmək idi"...

Məlumdur ki, A.Rozenberqin tərtib etdiyi işğal xəritəsinin sərhədləri içərisində Türkiyənin də adı keçir. Bu bir faktdır ki, ermənilərin türk nifrətini bilən nasist təbliğat oqranları bundan məharətlə öz planlarını həyata keçirtməkdən ötrü yararlanmağa çalışırdılar.

Elə bu səbəbdən də III Reyxin tanınmış simaları ermənilərə belə bir açıq müraciət ünvanlayırlar.

Abramyan "Kavkaztsı v Abwehre" adlı kitabında almanların ermənilərə ünvanlanmış müraciətinin qısa məzmununu verir (Bax: səhifə 45, Eduard Abramyan, "Kavkaztsı v Abwehre")

Müraciətdə deyilir:

"Birlikdə ortaq hərəkətə keçməyimiz üçün sahib olduğunuz imkanlarla bağlı bizə dəqiq məlumat verin. Və daha sonra hansı istəkləriniz varsa, onları da mütləq bizə bildirin"...

Erməni yazar Abramyana görə, erməni məsələsi hər zaman olduğu kimi, Hitler Almaniyasının da xarici siyasətini reallaşdırmaqda bir vasitə rolunu oynayıb. Məhz buna görə də, III Reyx ermənilərlə əlaqədar tamamilə ayrı və xüsusi siyasət yürüdürdü. Təbii ki, o zaman Almaniya daxilində olan erməni mühacirlərdən həm SSRİ, həm də Türkiyəyə qarşı müxtəlif cürə istifadə olunurdu.

Həmin dövrün arxiv sənədləri göstərir ki, ermənilərin türklərə nifrətini bilən almanlar Daşnak liderlərinin təklifi ilə erməni legionerlərə, Abverçilərə (kəşfiyyat) və erməni SS-çilərə davamlı olaraq "sizin əsas vəzifəniz ölkənizi türklərdən və SSRİ-dən xilas etməkdir. Bu, sizin üçün böyük bir qürurdur" kimi şüarları təbliğ edirdilər.

“Böyük Ermənistan” planı: Qarabağ və Naxçıvanın işğalı

Türkiyəyə qarşı təşkil olunmuş Daşnak birlikləri 1943-cü ilin ortalarında I Dünya Müharibəsində iştirak etmiş Daşnak könüllülərin rəhbəri Qareqin Njdenin rəhbərliyi altında qurulmuşdu. Alfred Rozenberqin strateji planına görə, Almaniyanın himayəsi altında olan "Ermənistan Baş Komissarlığı" yaradılmalı idi.

Abramyan müəllifi olduğu adlı kitabında yazır ki, Adolf Hitler və ətrafındakı siyasətçilər Daşnakların sadiqliyi, eləcə də nasizmə olan böyük xidmətləri qarşılığında Dağlıq Qarabağı, Naxçıvanı və Axalkalakinin böyük bir hissəsini ermənilərə verəcəyi ilə bağlı söz vermişdilər (Bax: səhifə 48, 52, 136, Eduard Abramyan, "Kavkaztsı v Abwehre").

Bundan başqa, hətta Almaniya Qarabağ bölgəsində yaşayan erməniləri SSRİ-yə qarşı qiyama qaldırmaq üçün həmin əraziyə ermənilərdən ibarət qeyri-nizami hərbi qruplar və xüsusi təlim görmüş təxribatçı desant dəstələr göndərmişdir.

Heç də sirr deyil ki, Dağlıq Qarabağ və Naxçıvan məsələsini tam həll etmək üçün Hitler Almaniyasında bir çox erməni fəal əlindən gələni edirdi. Onların arasındakıların bəzilərinin tərcümeyi-halı diqqət çəkir.

Misal üçün, Artaşes Abeqyan əslən Naxçıvan ermənisidir. Almaniyanın SSRİ-yə hücumunu dəstəkləyirdi. Sovetlərə qarşı istifadə olunmaq üçün əsirlərə xüsusi dərslər verib, bir sözlə bacardığı hər cürə köməkliyi göstərmişdir. O, eyni zamanda Yozef Göbbelsin tapşırığı ilə nəşr olunan "Ayastan" erməni qəzetinin redaktoru postunda da çalışmışdır.

Suren Bekzadyan - Daşnak Ermənistanının Azərbaycandakı (Bakı) səfirinin oğludur. Rozenberqin himayəsindəki "Osank" adlı təşkilatda almanlar tərəfindən işğal olunmuş ərazilərdə ermənilərlə əlaqədar təbliğat işlərində çalışırdı.

III Reyxin Təbliğat və Təşviqat naziri, Yozef Göbbels özü də tez-tez ermənilərlə görüşlər keçirirdi. Fürerin sevimli naziri Göbbels özü şəxsən 1933-cü ildə ermənilərin ari irqdən olduqlarını təsdiqləmişdir.

İş o həddə çatmışdır ki, hətta Alfred Rozenberqin tapşırıqı ilə nasist tədqiqatçı Paul Rohrbaxla A.Abeqyan birlikdə "Ermənilərin nasistlərlə iş birliyi" adlı kitabı qələmə alırlar və həmin kitabda erməni dilinin aryan köklü olduğunu sübut etməyə çalışmışlar. Bütün görülən işlərin yekunu olaraq, Rozenberq 1934-cü ildə şəxsən özü ermənilərin ari soyundan gəldiyini əks etdirən özəl raportu Adolf Hitlerə təqdim etmişdir.

Fərrux Həsənov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR