İcbari tibbi sığortada həkim seçimini vətəndaş edə biləcəkmi? -

Heç təsadüfi deyil ki, gündəlik danışığımızda bir-birimizə can sağlığı arzu edirik. Çünki canımız sağlam olanda hər şeydə yolunda gedir.

Metbuat.az bildirir ki, ölkəmizdə də gələn ilin sonunadək Azərbaycanın bütün bölgələri daxil olmaqla icbari tibbi sığorta mexanizmi fəaliyyət göstərəcək. Bəs bu sığorta növündən istifadə etdiyimiz təqdirdə, tibb müəssisəsi və həkimi seçmək şansımız varmı?

Baku.Tv-nin "Xəbər" buraxılışında yayımlanan sujetdə qeyd olunub ki, artıq illərdir ki, icbari tibbi sığorta pilot olaraq bir neçə rayonda həyata keçirilir. 2020-ci ildən bu layihənin bütün ölkəni əhatə edəcəyi gözlənilsə də, mexanizmini işə salmaq bir qədər çətin olduğundan bu iş rüblər üzrə həyata keçiriləcək.

MUSA QULİYEV – MİLLƏT VƏKİLİ

"Dünya təcrübəsi öyrənilib, kadr hazırlığı var. Səhiyyə müəssisələri hansı ki, icbari sığorta ilə işləyəcək onlarında atestasiyası olunub. 3 ildir ki, Yevlax, Mingəçevir, Ağdaş rayonlarında pilot şəkildə icbari tibbi sığorta tətbiq olunub. Uğurlu nəticələr var. Gələn ildən də Azərbaycanın bütün ərazisində icbari tibbi sığorta fəaliyyətə başlayacaqdır."

Millət vəkilinin sözlərinə görə, icbari tibbi sığorta mexanizmi Azərbaycan vətəndaşının tibbi xidmətdən yararlanmasındakı problemləri aradan qaldıracaq.

"Ölkəmizdə tibbi sığortaya keçirilir. Bu müsbətdir ya mənfi? – Əlbətdə müsbətdir. Çünki sağlamlıq hamı üçün vacibdir"- Şəhər sakini

"Çox əladır. Bəlkədə kecikmişik. Bu sahədə çox gecikmişik."-Şəhər sakini

"İcbari sığortaya keçirilməsi yaxşı bir şeydir. Sadəcə həkimləri özümüz seçsək daha yaxşı olardı. – Düşünürsiz ki, icbari sığortada siz seçməyəcəksiz? – Vətəndaş seçməyəcək. Özmüz seçsək daha yaxşı olardı. – Niyə bu qənaətdəsiz? – Özümüz araşdırıb yaxşı həkimləri seçək ki, daha yaxşı olsunda." - Şəhər sakini

" Tibbi sığortada verlişlər gedir baxırıq sığortanın həkim seçimiii insanın özü tərəfindən olmalıdır." -Şəhər sakini

İnsanları narahat edən həkim seçimi məsələsinə gəlincə isə, təklif edilən qanun layihəsində vətəndaşların yalnız müəssisəni seçmək hüququ nəzərdə tutulub.

MUSA QULİYEV – MİLLƏT VƏKİLİ

"Təklif edilən qanun layihəsində də yalnız müəssisəni seçmək hüquqi nəzərdə tutulub. Amma millət vəkillərinin əksəriyyəti o cümlədən Səhiyyə komitəsində təmsil olunan həkim millət vəkilləri bu cür yanaşmanın əleyhinədir. Yəqin ki, həm həkimi seçmək həm də tibb müəssisəni seçmək hüququ vətəndaşa veriləcəkdir."

Artıq icbari tibbi sığorta ilə bağlı bir sıra region xəstəxanalarında müəssisələrin fəaliyyətinin elektronlaşdırılması məqsədilə müvafiq proqram təminatı yaradılıb və qeydiyyat masaları qurulub. Xəstəxanalara müraciət edən vətəndaşların elektron qaydada qeydiyyatının aparılması zamanı şəxsiyyət vəsiqəsinin qeydiyyatçıya təqdim olunması mütləqdir. Bunun üçün hər bir vətəndaşdan tibb müəssisəsinə gəldikdə şəxsiyyət vəsiqəsinin gətirilməsi xahiş olunur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR