ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi əməkdar artist Elza Seyidcahan olub.
Metbuat.az bildirir ki, əməkdar artist illərdir nəvə həsrəti çəkdiyini dilə gətirdi:
“Çox həyəcanlı və duyğuluyam. Oğlum Əliəkbər illərdir evli idi. Bu nəvəni səbirsizliklə gözləyirdik. Nəvəmə qudamın adını qoymuşam. Akif. Hamı təəccüb edir ki, nə əccəb?! Çünki onun 3 qızı var, oğlu yoxdur. Həm də Akif çox gözəl qayınatadır. İstərdim ki, nəvəm Akif də babası kimi şəxsiyyətli oğul olsun. Öz babamın adı Şərafəttindir. İnşallah nəvələrimin birinə də o adı qoyacağam”.