Kanada KXDR-in raket sınağını pisləyib

Kanada KXDR-in raket sınağını pisləyib
06:37 29 Noyabr 2019
109 Digər
Ölkə mətbuatı
A- A+

Kanada hakimiyyəti Şimali Koreyanın ballistik raketlərin növbəti sınağını pisləyir və rəsmi Pxenyanı yarımadanı tamamilə nüvəsizləşdirməyə nail olmaq üçün danışıqlara qayıtmağa çağırır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Kanada (bugünlərdə-red) Koreya Xalq Demokratik Respublikasının BMT Təhlükəsizlik Şurasının qətnamələrini açıq pozan iki ballistik raketi işə salmasını əvvəlki kimi qətiyyətlə pisləyir", - deyə nazirlikdən bildirilib. Bununla əlaqədar olaraq Xarici İşlər Nazirliyi rəsmi Pxenyanı belə fitnəkar hərəkətlərə son qoymağa və tam nüvəsizləşdirmə üçün danışıqlara qayıtmağa çağırıb.
Daha əvvəl Cənubi Koreyanın Qərargah Rəisləri Komitəsi bildirib ki, KXDR müəyyənləşdirilməmiş iki raketi işə salıb. Məlumata görə, işəsalmalar yerli vaxtla saat 16:59-da Hamqyon-Pukto vilayətinin Yonpho rayonundan Yapon dənizinə tərəf həyata keçirilib.
Yaponiyanın müdafiə naziri qeyd edib ki, KXDR tərəfindən buraxılmış iki ballistik raket 100 kilometr hündürlüyə qalxıb və 380 kilometr uçub. Bu, Koreya Xalq Demokratik Respublikasının cari ildə həyata keçirdiyi 13-cü raket sınağıdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kanada-kxdr-in-raket-sinagini-pisleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR