"Report" Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə hələ 2018-ci ilin yanvarından Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.
Qeyd edilir ki, əhalinin sağlamlığının qorunması üzrə həyata keçirilən mühüm tədbirlər əsas demoqrafik göstərici olan doğulanda gözlənilən ömür uzunluğunun artımına təkan verib. Belə ki, 2010-cu ildə muxtar respublikada doğulanda gözlənilən ömür uzunluğu 75,1 yaş, o cümlədən kişilərdə 73,2, qadınlarda isə 76,9 yaş təşkil edirdisə, son illər bu göstərici 78,6, o cümlədən kişilərdə 76,6, qadınlarda isə 80,5 yaş səviyyəsində olub.