ANS PRESS-in məlumatına görə, "Bazar səhəri" verilişinin aparıcısı Rövşanə xanım, şəxsi həyatının ictimailəşdirilməsinə qarşı olduğunu bəyan etdi:
"Saytlarda ən çox müzakirə və tənqid olunan aparıcıyam. Neçə ildir saytlarla mübarizə aparıram. Saytların şəxsi həyatımdan yazmasını istəmirəm. Bütün gücümlə bunun qarşısını almağa çalışıram. Hər kəsin bir intim həyatı var, onun ictimailəşməsinin əleyhinəyəm. Buradan bəyan edirəm, saytlara şəxsi həyatıma müdaxilə edilməsinə qadağa qoyuram. Bütün jurnalistlərə xəbərdarlıq edirəm, şəxsi həyatımla bağlı bir şey yazılsa məhkəməyə müraciət edəcəm".
Elgiz Əkbər də onun bu fikirləri ilə şərik olduğunu dedi: "Şəxsən mən də şəxsi həyatıma müdaxilənin əleyhinəyəm. Verilişimdən nə qədər istəyirlər yazsınlar, amma qətiyyən şəxsi həyatımı işıqlandırmasınlar. Yazsalar, bununla iki vəkilim məşğul olacaq. Bilsinlər ki, kim yazarsa məhkəməyə verəcəm".
Mənbə
ANS PRESS