Bakı, 18 may, AZƏRTAC
Mayın 14-dən 17-dək Niderland Krallığının Utrext şəhərində Hollandiyada yaşayan xalqların Mədəniyyət Festivalı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, festivalda “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi də iştirak edib.
Birliyin sədri Mayisə Ağamirzəyeva bildirib ki, artıq üçüncü dəfə keçirilən festivalda Azərbaycana həsr olunmuş böyük stend qurulub. Stenddə Azərbaycanın dövlət atributlarını, mədəniyyət və tarixini əks etdirən eksponat və suvenirlər, milli geyimlərimiz, yeməklərimiz, kitab və açıqcalar nümayiş etdirilib.
Azərbaycan təmsilçiləri festivalın paradından keçəndən sonra səhnədə yer alıblar. “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin Bakıdan dəvət etdiyi “Azərbaycan inciləri” uşaq rəqs qrupunun “Qaytağı”, “Məzəli rəqs”, “Nəlbəki” rəqsləri və “Azərbaycan” kompozisiyası festival iştirakçılarının böyük marağına səbəb olub.
Festivalda gənc rəssam Nərmin Abdullayevanın “Bahar” sərgi-kompozisiyası da nümayiş olunub. Onun batika üslubunda hazırladığı əsərlərindəki bahar və Novruz çərşənbələri, kəlağayı kimi atributlarımız festival iştirakçılarının diqqətini cəlb edib.
Həmçinin Hollandiyada fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının rəhbəri, müğənni-bəstəkar Firəngiz Bağırova Azərbaycanın xalq və bəstəkar mahnılarını səsləndirib.

Azərbaycan Hollandiya Mədəniyyət Festivalında zəngin proqramla təmsil olunub