Lənkəranda yol qəzası baş verib, ata və qızı xəsarət alıb

Lənkəranda yol qəzası baş verib, ata və qızı xəsarət alıb
12:37 1 Dekabr 2019
127 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda avtomobil qəzasında iki nəfər ağır xəsarət alıb.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Ələt-Astara-İran İslam Respublikası dövlət sərhəd yolunun 165-ci km-də Lənkəran rayonunun Girdəni kəndindən keçən hissəsində baş verib.
Əslən Naxçıvan Muxtar Respublikasının Culfa şəhərindən olan 1964-cü il təvəllüdlü İmran Əli oğlu Yağubov idarə etdiyi "VAZ-2107" markalı, "99-MP-353" dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yoldan çıxaraq bir neçə metr irəlidəki torpaq sahəyə düşüb. Qəza nəticəsində sürücü və qızı, 1993-cü il təvəllüdlü Bakı şəhəri Nizami rayonu Babək prospekti 51 ünvanında yaşayan Yaqubzadə Cəmilə İmran qızı ciddi xəsarətlər alıblar. Hər iki yaralı deformasiyaya uğramış avtomobildən çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlara yuxarı və aşağı ətraflarda açıq və qapalı sınıqlar qeydə alınıb. 
Məlumata görə, qəzaya düşən ata və qızı İran İslam Respublikasına müalicə almaq üçün gedirlərmiş. Hadisəyə yüksək sürətlə hərəkət zamanı sürücünün yuxulamasının səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-yol-qezasi-bas-verib-ata-ve-qizi-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR