Kilsəyə silahlı hücum: 14 nəfər öldürüldü

Burkina Fasoda protestant kilsəsinə silahlı hücum zamanı azı 14 nəfər ölüb.

Metbuat.az xəbər verir ki, qətlə yetirilənlər arasında uşaqlar və keşiş də var.

Bundan əlavə, naməlum şəxslər kilsənin yerləşdiyi ərazidə müdafiə qüvvələrinin mövqelərinə hücum edərək üç əsgəri öldürüblər. Hadisə ilə bağlı Burkina Faso ordusu terrorçu bazalarını müəyyənləşdirmək və məhv etmək üçün əməliyyatlar keçirir.

Qeyd edək ki, 2015-ci ildən bəri Burkina Fasonun şimal bölgələri tez-tez hücuma məruz qalır. Son zamanlar silahlı radikallar müntəzəm olaraq ölkənin qərbində və şərqində, o cümlədən Benin və Toqo ilə sərhəd yaxınlığında hücumlara başlayıblar.

Ötən dörd il ərzində təhlükəsizlik qüvvələri və mülki vətəndaşlar da daxil olmaqla, yaraqlılar 620-dən çox insanı qətlə yetirib. (azvision.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR