"Təzə bazarın yanında maşını saxlayıb o qədər ağladım ki... ". Bu sözlər teleaparıcı Elgiz Əkbərə məxsusdur.

ANS PRESS-in məlumatına görə, məşhur aparıcı Elgiz Əkbər tamaşaçıların "Adam içində" layihəsinin bağlanmasına reaksiyasından söz açıb. Sözügedən layihə ilə milyonlarla tamaşaçının məhəbbətini qazanmış aparıcısı getdiyi yerlərdə qarşılaşdığı münasibətdən böyük fəxarət hissi keçirdiyini deyib:

"Tamaşaçılarım məni nə qədər çox sevdiyinin şahidi oldum. Hara gedirdimsə insanlar məni saxlayıb öz sevgilərini bildirirdilər. Özümə qarşı bu münasibəi əvvəl də görmüşdüm, amma "Adam içində" bağlandıqdan sonra bunun daha çox şahidi oldum. İnanırsız, insanların belə münasibəti görəndə ürəyim dağa dönür. Dəyərli tamaşaçılarım sevgilərini elə bildirirlər ki, elə münasibət bəsləyirlər ki, bəzən çox kövrəlirəm. Təzə bazarın yanında maşını saxlayıb o qədər ağladım ki... Ürəyimi göz yaşları ilə boşaltdım. Təbii ki, bu sevinc göz yaşları idi. Sizə qurban olum, ey mənim tamaşaçım. Siz olmasanız mən heç kiməm".

Mənbə
ANS PRESS