Qalium nitrid maddəsindən rekord göstəricilərə malik tranzistor hazırlanıb

Qalium nitrid maddəsindən rekord göstəricilərə malik tranzistor hazırlanıb
07:12 3 Dekabr 2019
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bir çox müasir texnologiyalarda (smartfonlar, daşınan qurğular və sairə) sürətli simsiz rabitə texnologiyasından istifadə edilir. Daha çox məlumat ötürülməsi həmin qurğuların məhsuldarlığı və imkanlarının artırılmasının məlum üsuludur.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ABŞ-ın Delaver Universitetinin mühəndislərdən ibarət komandası yüksək hərəkətli elektronlardan ibarət tranzistor hazırlayıb.

Bu tip qurğular arasında yeni tranzistor bir sıra üstün xüsusiyyətlərə malikdir: rekord dərəcədə aşağı cərəyan itkisi, cərəyan gücləndirilməsinin rekord dərəcədə yüksək əmsalı və sairə.

Bu tranzistor yüksək buraxılış qabiliyyətli kommunikasiya sistemləri üçün faydalı olacaq: eyni cərəyan göstəricisi zamanı böyük gərginliyin öhdəsindən gələ bilər və daha az batareya enerjisi sərf edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/806648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR