Ceyhun Bayramov: "Magistraturaya qəbulun sadələşdirilməsi ilə bağlı müzakirələr yekunlaşıb"

Ceyhun Bayramov: "Magistraturaya qəbulun sadələşdirilməsi ilə bağlı müzakirələr yekunlaşıb"
13:42 3 Dekabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

''Perspektivli gənclərin elmə daha aktiv cəlb edilməsi məqsədilə magistraturaya qəbul prosesinin sadələşdirilməsi və əksər ixtisaslar üzrə qəbulun bir mərhələli keçirilməsi, eləcə də, bu səviyyədə qəbul zamanı müvafiq ixtisaslar üzrə tələbə qəbulunun sayı ilə bağlı məhdudiyyətin aradan qaldırılması üçün ali təhsil müəssisələri ilə müzakirələr yekunlaşıb".
''Report" xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika Elmi Konfransında çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, hazırlanmış təkliflər layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/ceyhun-bayramov-magistraturaya-qebulun-sadelesdirilmesi-ile-bagli-muzakireler-yekunlasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR