Ermənistanda təhsil və elm nazirinin istefası tələb olunur

Ermənistanda təhsil və elm nazirinin istefası tələb olunur
20:32 3 Dekabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda təhsil və elm naziri Araik Arutyunyanın istefası tələbi ilə aksiya keçirilir. 
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, nümayişçilər silahdaşlarının aparıldığı polis idarəsinin binasına doğru hərəkət edirlər.
"Biz həbs olunanların taleyini aydınlaşdırmaq üçün mərkəzi polis bölməsinə doğru hərəkət edirik. Onlar sərbəst buraxıldıqdan sonra növbəti addımlarımız barədə bildirəcəyik", - aksiya təşkilatçılarından biri Kristina Vardanyan deyib. 
Onun sözlərinə görə, polis bölməsinə, təxminən, 10 etirazçı gətirilib, lakin bu rəqəm son rəqəm deyil.
"Etirazçıların tələbi dəyişməz olaraq qalır - Arutyunyanın istefası", - deyə K.Vardanyan əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-tehsil-ve-elm-nazirinin-istefasi-teleb-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR