“Qalatasaray” Mario Balotellini havayı əldə edə bilər

Türkiyənin üç klubu – “Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça”nın transfer siyahısında yer alan italiyalı Mario Balotelli azad agent statusu alacaq.

Metbuat.az-ın məlumatına görə, bunu hücumçunun çıxış etdiyi “Breşia” klubunun prezidenti Massimo Çellino açıqlayıb.

O bildirib ki, qış transfer pəncərəsində M.Balotelli ilə yolları ayıracaqlar: “Mario çox üzgündür. Çünki istədiyi kimi oynaya bilmir. Yanvarda hər hansı məbləğ ödənmədən klubdan ayrıla bilər. Onun ən düzgün seçim etməyə ehtiyacı var”.

29 yaşlı futbolçunun azad agent statusu alması onu pul ödəmədən heyətə qatmaq imkanı yaradacaq. Bu da İstanbul klublarının xeyrinə olan məqamdır.

Qeyd edək ki, M.Balotelli cari mövsümdə “Breşia”da 8 oyuna 2 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR