Polis əməliyyat keçirdi – Aralarında qadın da olan dəstə yaxalandı

Polis əməliyyat keçirdi – Aralarında qadın da olan dəstə yaxalandı
12:33 4 Dekabr 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabadda oğurluq etmiş şəxslər tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Kriminalistik Tədqiqatlar İdarəsi, Təhlükəsiz Şəhər Xidməti və Cəlilabad RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Cəlilabad rayonu ərazisindəki evlərin birindən 265 manat, 800 ABŞ dolları və 6690 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Xasayzadə, İ.Mikayılov, E.Məmmədov və E.Həsənova saxlanılıb.

Tutulan dəstə üzvləri ilə bağlı əlavə araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/298080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR