Bakıda motosiklet yük maşını ilə toqquşub, xəsarət alan var

Bakıda motosiklet yük maşını ilə toqquşub, xəsarət alan var
07:37 5 Dekabr 2019
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Xətai rayonunda yol qəzası zamanı 1 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü İsmayılov Əfsər Mübariz oğlu idarə etdiyi motosikletlə metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığındakı körpüdə hərəkətdə olarkən "Zil" markalı yük maşını ilə toqquşub.

Hadisə zamanı Ə.İsmayılov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ona sağ diz qapağının sınığı, döş qəfəsinin və qarının küt travması diaqnozu qoyulub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/807823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR