Avstraliya alimləri banan qalıqlarından plastik hazırlayıblar. Onu üç dəfə emal etmək mümkündür, sonra isə torpaqda təmamilə parçalanır.
Avstraliyanın Yeni Cənubi Uels Universitetində hesablama aparılıb və məlum olub ki, bananın ancaq 12%-i yeyilir, çox hissəsini təşkil edən saplaqları isə atılır. Və məhz onları alimlər ekoloji təmiz plastikin hazırlanmasında istifadə etmək qərarına gəliblər.
Saplaqlar əzilərək sobada yüksək temperaturda qurudulur və toz halına gətirilir. Bundan sonra onu sellülozu ayıraraq kimyəvi maddələrin köməyi ilə yuyurlar. Bundan da plastik təbəqələr hazırlanır.
Materialı perqamentə oxşayır. O, paketlər və qida qablaşdırmalarının istehsalı üçün münasibdir.
Milli.Az