Almaniyanın “Die Welt” nəşri Çini NATO-nun yeni əsas düşməni adlandıraraq, bu məsələdə İttifaqda birliyin olmadığını qeyd edib.
“Report”un məlumatına görə, nəşr qeyd edib ki, ABŞ Çində düşmən gördüyü halda, Almaniya və Fransa Pekinlə ticari əlaqələrini genişləndirir.
Məqalədə deyilir ki, Almaniya və Fransa Avropada investisiya qoymaqla nüfuz qazanmaq niyyətində olan Çin təhdidini düzgün qiymətləndirmir.
Bundan başqa, nəşr Çinin hərbi gücünün artdığı da vurğulayıb.
Qeyd edək ki, Alyans tarixində ilk dəfə olaraq NATO liderləri Çinin güclənmiş mövqeyini, o cümlədən müdafiə qabiliyyətinin artırılmasını müzakirə edəcəklər.