Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirir.
Publika.az xəbər verir ki, F.Muradov dövlət komitəsinin fəaliyyətinə dair hesabat verib. O qeyd edib ki, komitə diaspor siyasəti sahəsində fəaliyyətini həyata keçirən mərkəzi icra hakimiyəti orqanıdır: “Bu gün 60-dan çox ölkədə müxtəlif diaspor təşkilatları fəaliyyət göstərir. 2018-ci ildə bu vəzifəyə təyin olunandan sonra bu sahədə fəaliyyətimizi yol xəritəsinə uyğun olaraq qurduq. Bu gün əsas istiqamətlərdən biri diaspor təşkilatlarının birliyidir. Ona görə də DİDK bu gün koordinasiya qurumu kimi fəaliyət göstərir. Ötən müddət ərzində 11 koordinasiya şurası təsis olunub. 29 ölkədə fəaluyət göstərən bi qurumlar birbaşa icma quruculuğu ilə məşğuldurlar. Hazırda bütün fəaliyyətimiz internet üzərindən qurulub. İnteraktiv xəritə yaranıb. Bu xəritə vasitəsilə hansı ölkədə hansı diaspor təşkilatının fəıaliyyət göstərdiyini öyrənmək olar”. F.Muradov qeyd edib ki, ötən müddət ərzində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb: “Fondun əsas istiqaməti konkret poliot layihələri dəstəkləməkdir. İstənilən təşkilat və ya icma üzvü həmin fondda çox asanlıqla qeydiyyata düşə bilər. Digər vacib istiqamətlərdən biri Azərbaycan dilini qoruyub saxlamaqdır. Bəzi soydaşlarımız var ki, onlar ümumiyətlə Azərbaycanda doğulmayıblar. Onların milli kimlik olaraq Azərbaycan dilini qoruyub saxlaması olduqca vacibdir. Ötən müddət ərzində İsveçrənin Bern, İsveçin Stokholm, Polşanıln Varşava və Fransanın Nant şəhərində “Qarabağ” adlı həftəsonu məktəblər yaradılıb”. Fuad Muradov qeyd edib ki, ümumilikdə 10 ölkədə (Almaniyada 2, Macarıstan, Gürcüstan, İspaniya, İtaliya, Türkiyə, Belçika və Polşada Azərbaycan Evi fəaliyyətə başlayıb, gələn il isə daha 8 ölkədə Azərbaycan Evi açıqlacaq. Komitə sədri ötən müddət ərzində Diaspor Tv Diaspor FM və Multimedia Mərkəzi yaradıldığını vurğulayıb. O, həmçinin, bildirib ki, ilk dəfə olaraq infoqrafik disapor xəritəsi yaradaılaraq açıq istifadəyə verilib. Hazırda xəritədə 48 ölkədən 538 diaspor təşkilatı haqqındas informasiya yerləşdirilib.
Səxavət,
Foto Ceyhun Rəhimov