"Report" Fonda istinadən xəbər verir ki, iclasda qurumun fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və cari vəziyyət müzakirə olunub.
Eyni zamanda, iclasda Fondun 2020-ci il üzrə büdcəsi təsdiq edilib.
Xatırladaq ki, Himayəçilik Şurasının Prezident Administrasiyası, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Mərkəzi Bankının nümayəndələrindən ibarət olmaqla 5 nəfər üzvü var.