"Bakı Fond Birjası" QSC (BFB) bu ilin yanvar-noyabr ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 7 836 583 75 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 3 640 057 060 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 1 620 430 382 manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 1 275 873 872 manatla “İnvest-AZ İnvestisiya Şirkəti", 609 876 560 manatla “Unicapital İnvestisiya Şirkəti” QSC, 475 012 729 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 260 691 483 manatla "BTB Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.