Sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır

Sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır
19:43 6 Dekabr 2019
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli Sərəncamı xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri və maliyyə dəstəyi ilə icra olunan sosial xidmət layihələrinin miqyasının əhəmiyyətli dərəcədə genişlənməsini təmin edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin layihələr üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb. Hazırda 200-ə yaxın mərkəz tərəfindən günərzi qayğı, reabilitasiya, psixoloji yardım, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım, surdoloji, sağlamlıq imkanları məhdud uşaqlara davranış üzrə valideynlərə dəstək və s. istiqamətlərdə 10 minədək şəxsə xidmətlər göstərilir.

Eyni zamanda, nazirliyin sifarişi və maliyyə dəstəyi ilə QHT-lər tərəfindən icra olunan sosial xidmət layihələri ölkədə yeni iş yerlərinin açılmasına, məşğulluğunun təminatı işlərinə də öz töhfəsini verib.

Belə ki, hazırda həmin layihələrin icrası işlərində hər biri ilə əmək müqaviləsi bağlanılmaqla 1586 nəfər çalışır.

Onların sırasına layihə menecerləri, sosial işçilər, psixoloqlar, uşaq inkişafı mütəxəssisləri, tərbiyəçilər, pedaqoqlar, loqopedlər, aileye destek terapevtləri, müxtəlif dərnəklərin rəhbərləri, nevropotoloq, fizioterapevtlər, mühasiblər, aşbazlar, xadimələr və digərləri daxildir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3159986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR