Bakıda səfirliyin

Bakıda İraq səfirinin müşavirinin avtomobili yanıb.

Metbuat.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb.

İraqın Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışan, 1979-cu il təvəllüdlü Məhəmməd Talan Mirani idarə etdiyi İraq Səfirliyinə məxsus "Volkswagen-Passat" markalı 009-T-005 qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsində baş verən qısa qapanma nəticəsində yanğın olub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı