Ramzan Kadırov erməni dostunu belə təbrik etdi -

Ramzan Kadırov erməni dostunu təbrik edib.

Metbuat.az xəbər verir ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov İnstaqram səhifəsində Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanı təbrik edib: “Bu gün qardaşımız Artur Vanetsyanın doğum günüdür. Gənc olmasına baxmayaraq Artur Vanetsyan əla təhsilli kadr kimi general hərbi rütbəsinə qədər irəlilədi. Bir-birinin ardınca, 2018-ci ildə rəhbərlik etdiyi Ermənistanın Milli Təhlükəsizlik Xidmətində məsul vəzifələr tutdu. Əminəm ki, Artur Vanetsyan rus xalqının böyük dostudur və Rusiya ilə Ermənistan arasında münasibətlərin möhkəmlənməsinin tərəfdarıdır. Artur Vanetsyanı ad günü münasibətilə ürəkdən təbrik edirəm, ona cansağlığı və uğurlar arzulayıram”. Ramzan Kadırov Artur Vanetsyanla fotosunu da paylaşıb.

Artur Vanetsyanı Kadırovun yaxın dostu, Rusiyanın hakim “Vahid Rusiya” Partiyasının üzvü, Rusiya Dövlət Dumasının deputatı Şamsayil Saraliyev də təbrik edib. O, təbrik mətni ilə yanaşı Artur Vanetsyanla fotosunu da yerləşdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR