Ağstafada səsgücləndirici quraşdırılan avtomobil küçədə yandı

Ağstafa rayonunda avtomobilı küçədə yanıb.

Metbuat.az-ın məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində baş verib.
Kənd sakini Budaqov Sənan Əhməd oğluna məxsus “VAZ 2107” markalı avtomobil küçədə qəfil alışıb.

İlkin ehtimala görə, avtomobil qısaqapanmadan yanıb. Maşın sahibi avtomobilə kustar üsulla səsgücləndirici quraşdırıb və nəticədə avtomobil hərəkətdə olarkən alışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR