FHN Ağdamdakı yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Ağdam rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Metbuat.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, rayonun Mahrızlı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 2 nəfər xəsarət alıb və 1 nəfər tüstüdən zəhərlənib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR