ABŞ Rusiya ilə dialoqdan niyə imtina etmir? - Politoloq detalları açdı

ABŞ Rusiya ilə dialoqdan niyə imtina etmir? - Politoloq detalları açdı
12:13 11 Dekabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Həm Vaşinqton, həm də Moskva keçmiş illərdə olduğu kimi, indi də öz bildiyini edir. Rusiya Gürcüstana müdaxilə edəndə və ya Krımı işğal edəndə Vaşinqtonun mövqeyini heçdən saydı. Eynilə, Amerika da Şərqi Avropada raketlər yerləşdirəndə, əvvəlki razılaşmaların əleyhinə olaraq İrana qarşı sanksiyalar tətbiq edəndə və ya Ukraynaya silahlar verəndə Rusiyanın mövqeyini heçdən saydı. Çünki maraqlar fərqlidir. Ancaq bu fərqli maraqlar Amerika ilə Rusiya arasında birbaşa qarşıdurmaya imkan verməməlidir.

Publika.az xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, məhz buna görə Moskva ilə Vaşinqton dialoqdan imtina etmir: “Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda əvvəlcə amerikalı həmkarı Mayk Pompeo, bunun ardınca Ağ Evdə prezident Donald Trampla görüşdü. İki ölkə arasında müxtəlif mövzulara fərqli yanaşmalar olsa da, Moskva və Vaşinqton dialoqu davam etdirir. Bu, hər zaman belə olub. Soyuq müharibə illərində belə iki ölkə öz arasında müxtəlif mövzuları müzakirə edirdi, bəzi məsələlərdə ortaq məxrəcə gəlməyə çalışırdı”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşüb. ABŞ dövlət başçısı ilə Rusiyanın xarici siyasət rəhbəri arasındakı görüş 45-50 dəqiqə davam edib. Tərəflərin hansı məsələləri müzakirə etmələri barədə məlumat verilmir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/298767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR