ABŞ-dan Türkiyəyə qarşı daha bir ŞOK: "Yolun sonuna gəldik"

ABŞ-dan Türkiyəyə qarşı daha bir ŞOK: "Yolun sonuna gəldik"
16:08 11 Dekabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

“Parti bitdi. Artıq yolun sonuna gəldik. S-400-lər Türkiyədə qaldığı müddətdə F-35-lər Amerika sərhədindən çıxmayacaq”.

Publika.az xəbər verir ki, ABŞ Konqresinin respublikaçı senator Cim Riş deyib.

“Amerikanın səsi”nin suallarını cavablandıran senator Türkiyənin S-400-lərdən vazkeçməməsini açıqladıqdan sonra Senatın Xarici Əlaqələr Komissiyasına 29 oktyabrda Nümayəndələr Palatasında qəbul edilən sanksiya layihəsinin bənzərinin gətirilməsini istəyib.

“ABŞ-ın milli təhlükəsizliyini təşviq və İŞİD-in canlanmasının qarşısının alınması” adlı layihədə Türkiyənin Milli Müdafiə naziri başda olmaqla, bəzi ali səlahiyyətli rəsmilərin sanksiya siyahısına salınması, Türkiyəyə silah göndərilməsinin dayandırılması yer alıb. Həmçinin S-400-ə görə CAATSA sanksiyalarının tətbiqi də layihənin digər bölməsini ehtiva edir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/298806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR