Rusiya "terrorizmin sponsoru"dur? - İŞİD belə yarandı

Rusiya "terrorizmin sponsoru"dur? - İŞİD belə yarandı
16:48 12 Dekabr 2019
116 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, ABŞ-ın Rusiyanı "terrorizmin sponsoru" kimi tanımaq təşəbbüsünü pisləyib.

Publika.az-ın məlumatına görə, Slutski bildirib ki, Rusiya həm ölkə daxilində, həm də xaricdə terrorçularla mübarizə aparır, Rusiyanı "terrorizmin sponsoru" olmaqda ittiham etmək şərəfsizlik və məsuliyyətsizlikdir:

"Senatorlar yenidən ağa qara deməyə çalışır. ABŞ-ın Yaxın Şərqdəki siyasəti məhz İŞİD-in yaradılmasına xidmət edirdi. Rəsmi Vaşinqton məqsədinə çatmaq üçün Suriyada terrorizmlə mübarizə aparması görüntüsünü yaratmağa çalışır. Məhz Rusiya hərbçiləri Suriyada terror mərkəzlərinin ləğvinə dəstək olur. Rusiyanı "terrorizmin sponsoru" kimi tanımaq təşəbbüsü, İkinci Dünya müharibəsi tarixini yenidən yazan və saxtalaşdıran eyni üsulla siyasi yalanların açıq şəkildə yayılmasıdır".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/298903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR