Ermənistan Futbol Federasiyasının sabiq prezidentinin evində axtarış aparılacaq

Ermənistan Futbol Federasiyasının sabiq prezidentinin evində axtarış aparılacaq
15:17 13 Dekabr 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyanın evində axtarış aparılacaq.
“Report” xəbər verir ki, bu barədə “Sputnik Armeniya”ya polisdən bildirilib. Ermənistanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları 56 yaşlı iş adamının təkcə mənzilinə deyil, digər daşınmaz obyektlərinə də baş çəkəcəklər.
Mətbuatda yer alan xəbərlərə görə, “Nemes Rubo” ləqəbi ilə tanınan Ayrapetyan 2012-2018-ci illərdə müxtəlif şəhərlərdə stadionların tikinti və təmirini həyata keçirərəkən, saxta sənədlər təqdim edərək, böyük məbləğdə maliyyə vəsaiti mənimsəyib.
Polis hazırda ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, Ayrapetyan 2002-2018-ci illərdə Ermənistan Futbol Federasiyasına rəhbərlik edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ermenistan-futbol-federasiyasinin-sabiq-prezidentinin-evinde-axtaris-aparilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR