Bakıda şirniyyat sexi qarət edildi, 150 min manatlıq avadanlıq oğurlandı

Bakıda şirniyyat sexi qarət edildi, 150 min manatlıq avadanlıq oğurlandı
21:12 13 Dekabr 2019
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda şirniyyat sexi qarət edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə polisə sex sahibi Mustafayeva Svetlana Ağamir qızı məlumat verib.

Sahibkar bildirib ki, noyabrın 6-dan dekabrın 10-na qədər olan müddət ərzində ona məxsus, hazırda fəaliyyəti dayandırılmış, Bakı şəhəri, Yeni Yasamal-2, Xiyabani küçəsi 9 ünvanında yerləşən şirniyyat sexindən naməlum şəxslər dəyəri 140-150 min manat olan 4 ədəd soba, 2 ədəd soyuducu və 2 ədəd xəmir qarışdıran aparat oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/810336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR