Komissiyadan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, əvvəllər sınaq test imtahanları 5-ci və 6-7-ci təsnifatlar üzrə bir variantda həyata keçirilirdi. Hazırda həm 5-ci, həm də 6-7-ci təsnifatlar üzrə variantların sayı artırılaraq hər biri üzrə altıya çatdırılıb.
Onlayn sınaq test imtahanları dövlət orqanlarında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq istəyən vətəndaşların test blokları üzrə biliklərinin yoxlanılması və onların test imtahanlarında təqdim olunan test tapşırığı nümunələri ilə tanışlığı məqsədi ilə həyata keçirilir.
Ödənişsiz olan və real vaxt rejimində interaktiv şəkildə həyata keçirilən bu elektron xidmətdən həm komissiyanın rəsmi internet səhifəsinin elektron xidmətlər bölməsində, həm də “Elektron hökumət” portalında qeydiyyatdan keçməklə istifadə etmək olar.
CAHANGİR