Riberi 10 həftə futbol oynamayacaq

İtaliyanın "Fiorentina" klubunun futbolçusu Frank Riberi 10 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, A seriyasının 14-cü turunda "Leççe" ilə matçda ayağından zədələnən fransalı yarımmüdafiəçi Almaniyada əməliyyat olunub. 36 yaşlı oyunçunun bərpa müddəti təxminən 10 həftə çəkəcək.

Qeyd edək ki, Riberi bu mövsüm ölkə çempionatında 11 matçda 2 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR