"Mən gərək 10 il əvvəl evlənərdim". ANS PRESS-in məlumatına görə, bunu "Günə Baxan"ın yeni aparıcısı olan Elgiz Əkbər bu gün adıçəkilən verilişin "Mətbəx" rubrikasında deyib.

O, aktrisa Telli Hüseynovanın ailə həyatı haqqında sualına maraqlı cavab verib. Elgiz deyib ki, özünü karyeraya həsr etdiyi üçün ailə qurmaqda gecikib.

"Ailə, evlilik çox yaxşı gedir. Mən karyerama görə gec evləndim, amma elə oğlanlar var ki, evlənməyə qorxurlar. Bir dostum var mağazaları, qazancı var. İçki içmir, bara getmir. İndi əsl evlənəsi vaxtıdır. Amma qorxur ki, qarşısına düzgün insan çıxmaz, bədbəxt ola bilər. Çünki çox zamanlar bu barədə oxuyuruq, verilişlərimizdə görürük. Ona görə çox kişilər qorxur. Lakin qorxmaq lazım deyil" - deyən aparıcı, evliliyin qorxulu olmadığını bildirdi.

Aparıcı xoşladığı yeməklərdən də danışıb. O, deyib ki, heç zaman yemək seçən olmayıb və təklif edilən hər şeyi yeyir. "Ancaq bəzən kələm dolması bişən zaman nə isə ola bilər. Demirəm ki, bu yemyi sevmirəm. Sadəcə ayda bir dəfə olsa yeyeərəm. Tez-tez yox".


Mənbə
ANS PRESS