Nüşabə Ələsgərli obyektlərinin sayını açıqladı

Nüşabə Ələsgərli obyektlərinin sayını açıqladı
22:57 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Nüşabə Ələsgərli “ATV Maqazin” də biznesindən söhbət açıb.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Nüşabə ifaçılıqla yanaşı, bizneslə də də məşğul olub. Zamanında bir neçə obyekti olan sənətçi o günləri belə xatırlayıb:

“Əvvəl müğənnilər arasında dəb halını almışdı ki, hər kəsin səs yazma studiyası olsun. Mən də səsyazma studiyası açdım, sonra çay evinə maraq saldım.

Ardınca da avtomobil yuma, qadın salonu, market açdım. Qadın salonunu həm də özüm üçün açdım ki, tələbatlarımı ödəyim.

Biznes qura bilmədim. İstədim ki, sabah sənətimi davam etdirməsəm rahat dolanam. Gördüm ki, başım ağrıyır. Yaxşısı öz işimlə məşğul olmaqdır. Bizneslə məşğul olmaq üçün gərək işin başında özün durasan”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR