"Zirə"nin legioneri: "Bugünkü matç çempionatdakı kimi olmadı"

"Zirə"nin legioneri: "Bugünkü matç çempionatdakı kimi olmadı"
20:02 15 Dekabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

"Çətin oyun oldu. Yaxşı ki, qol buraxmadıq. Öz meydanımızda da qol buraxmaq istəmirik. Bugünkü matç çempionatdakı kimi olmadı. Ağır oyun oldu. Rəqib bu gün başqa cür çıxış etdi".
"Report" xəbər verir ki, bu fikirləri "Zirə"nin futbolçusu Riçard Qadze Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Səbail"lə qolsuz keçən oyundan sonra deyib.
25 yaşlı hücumçu 0:0 hesabının sərfəli nəticə olduğunu bildirib: "Bizim üçün yaxşı nəticədir. Qol buraxmadıq. Evdə qol vura biləcəyik. İnanırıq ki, qələbə qazanacağıq. "Səbail" yaxşı rəqibdir. Premyer Liqada bizə 1:4 hesabı ilə uduzdular. Növbəti matçda qələbə qazanmaq istəyəcək. Biz də özümüzə inanırıq".
Forvard özünün də çıxışı barədə danışıb: "İlin axırında hər bir futbolçu fiziki cəhətdən ağır olur. Mənim də forman bəlkə də ona görə düşüb. İki aydır ki, futbol oynamırdım. Məşqsiz qalmışdım. İnanıram ki, növbəti il hər şey yaxşı olacaq".
Qanalı oyunçu bildirib ki, hücum xəttində tək və ya kiminləsə oynamasının fərqi yoxdur. Qadze "Zirə"nin ölkə kubokunu qazana bilmə ehtimalından da söz açıb: "Hər şey ola bilər. Biz qarşıdakı oyuna baxırıq".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zire-nin-legioneri-bugunku-matc-cempionatdaki-kimi-olmadi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR