Fiziki şəxsin icarədən gəlirlər üzrə vergi öhdəliyi

Fiziki şəxsin icarədən gəlirlər üzrə vergi öhdəliyi
20:32 15 Dekabr 2019
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını Vergi Məcəlləsi müəyyən edir. Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergiödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.

Milli.Az xəbər verir ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda, vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır. İcarə haqqını ödəyən şəxs vergiödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergiödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin martın 31-dən gec olmayaraq "Gəlir vergisinin bəyannaməsi"ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir. İcarə haqqını ödəyən şəxs ödəmə mənbəyində 140 manat gəlir vergisini tutaraq büdcəyə ödəməli, qalan 860 manat vəsaiti icarəyə verənə ödəməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/810055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR