Siyavuş Novruzov adının namizəd siyahısında olmamasından

Bəzi kütləvi informasiya vasitələrində Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasından (YAP) qatılacaq namizədlərin tam siyahısı bu gün açıqlanacağı ilə bağlı informasiyalar gedib.

Həmin informasiyada bildirilir ki, yeni siyahıda Siyavuş Novruzov, Eldar İbrahimov, Hadi Rəcəbli, Arif Rəhimzadə, Ziyad Səmədzadə, Fəttah Heydərov, İsa Həbibbəyli, İlham Əliyev, Elman Nəsirov, Hüseynbala Mirələmov, Ağacan Abıyev, Əhliman Əmiraslanov, Naqif Həmzəyev, Zeynəb Xanlarova, Əliağa Hüseynov, Mirkazım Kazımov, Tahir Rzayev, Cavid Osmanov, Hacı Madar Musayev, Flora Qasımova, Əsabil Qasımov, Yaqub Mahmudov, Elşən Musayev, Sona Əliyeva, Elmira Axundova, Nizami Cəfərov, Aqiyə Naxçıvanlı, Ziyafət Əsgərov, Valeh Ələsgərov, Cavid Qurbanov, Rövnəq Abdullayev, Zahid Oruc, İqbal Məmmədov və digər şəxslər yer almayacaq. Bundan əlavə bildirilib ki, Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov YAP-ın yeni siyahısında yer alacaq. O deputat seçildiyi təqdirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri ola bilər.

Metbuat.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov qeyd edib ki, biz partiyanın qərarına tabeyik: "Partiyanın qərarı yoxdur. Belə olan halda saytlar bu informasiyanı nəyə əsaslanıb verirlər?! Bu cür gülünc xəbər çox olacaq. Buna əhəmiyyət verməyin".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR