Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da Bakıda xəstəxanaların idarə edilməsində müasir informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda dövlət tibb müəssisələrinin rəhbərləri, beynəlxalq ekspertlər, Dünya Bankının nümayəndələri iştirak ediblər.
Nazirlər Kabinetinin sosial məsələlər üzrə şöbəsinin müdiri Musa Ələkbərov tədbiri açaraq deyib ki, ölkəmiz sosial-iqtisadi inkişaf və islahatlar yolunda inamla irəliləyir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sosial yönümlü siyasətin İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində səhiyyə sistemində də köklü dəyişikliklər baş verib. Son illərdə paytaxtla yanaşı, regionlarda yeni xəstəxanalar, diaqnostika mərkəzləri istifadəyə verilib. Əhalinin sosial rifah halının yaxşılaşmasında səhiyyənin rolu danılmazdır.
Sonra Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə "Elektron səhiyyə. Səhiyyədə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi" mövzusunda çıxış edərək ölkəmizdə bu sahədə qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.
Beynəlxalq ekspert Lajos Kovaks "Dövlət xəstəxanalarının idarə olunması: Macarıstan təcrübəsi", Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Səttar Yaqubov "Xəstəxanaların müasir idarəetmə sistemi və onun xidmət-keyfiyyət standartları" mövzusunda məruzə ediblər.
Səhiyyədə müasir informasiya texnologiyalarının tətbiqi məsələləri müzakirə edilir
Səhiyyədə müasir informasiya texnologiyalarının tətbiqi məsələləri müzakirə edilir