Futzal üzrə Azərbaycan Yüksək Liqasının oyunu Qubada keçiriləcək

Futzal üzrə Azərbaycan Yüksək Liqasının oyunu Qubada keçiriləcək
11:22 20 Dekabr 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Yüksək Liqasında XIV turun “Premier” (Quba) – “Araz” oyununun məkanı müəyyənləşib. 
Azərbaycan Futzal Federasiyasından (AFF) "Report"a verilən məlumata görə, qarşılaşma Qubada yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin İdman kompeksində keçiriləcək. Görüş dekabrın 25-də saat 14:00-da başlayacaq və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. 
Qeyd edək ki, Yüksək Liqanın debütantı olan əyalət təmsilçisi oyunun Qubada keçirilməsi ilə bağlı AFF-yə müraciət ünvanlayıb. Vəziyyəti dəyərləndirən və idman kompleksinə baxış keçirən qurum qarşı tərəfin müraciətini müsbət cavablandırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/futzal-uzre-azerbaycan-yuksek-liqasinin-oyunu-qubada-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR