İrandan gələn Azərbaycan vətəndaşı ayaqqabısında narkotik vasitə keçirmək istədi

İrandan gələn Azərbaycan vətəndaşı ayaqqabısında narkotik vasitə keçirmək istədi
14:57 21 Dekabr 2019
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb, şifahi sorğu-sual edildikdən sonra üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı vətəndaşın ayağındakı ayaqqabının hər iki tayında 5 ədəd bükümdə ümumi çəkisi 56 qram olan narkotik vasitə - heroin, çəkisi 31,5 qram olan psixotrop maddə - metamfetamin, 19 ədəd üzərində "M40" yazısı olan metadon adlı həb aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/812312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR