Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Elnur Vəliyevin cinayət işi üzrə məhkəmə başlayıb.
"Report" xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası dekabrın 26-na təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin avqust ayında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini Asif İsgəndərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilsə də, bir neçə gün sonra dünyasını dəyişib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elnur Vəliyev saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığı ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.